20.04.2024, 03:25
AZ EN
01.02.2023, 09:49 191

Daha 500 hay işsiz qaldı

YAZILAR

İrəvandakı məşhur "Malatiya" geyim bazarında hələ ötən ilin sonlarında aparılan texnoloji və təhlükəsizlik yoxlamaları zamanı bir sıra ciddi nöqsanlar aşkar edilmiş, onların qısa müddətdə aradan qaldırılması üçün ciddi xəbərdarlıq edilmişdi. Xüsusi vurğulanmışdı ki, əgər bütün nöqsanlar aradan qaldırılmasa, bazar müvafiq  standartlara uyğun yenidən qurulmasa, fevralın 1-dən öz fəaliyyətini dayandıracaqdır. Bu gün isə erməni mətbuatında artıq sözügedən bazarın bağlandığı və 500 nəfərin işsiz qaldığı barədə xəbərlər yayılmaqdadır. "Joğovurt" qəzeti isə iddia edir ki, iş yerini itirənlərin etiraz aksiyası keçirməsindən ehtiyatlanan hakimiyyət nümayəndələri yaxın günlərdə onlarla görüşməyi diqqətə çatdırıb. Amma işsizlərin bir gündə 500 nəfər artması müxalifətin əlində yeni "fakt"a dönüb.

Nəsib

Oxşar xəbərlər