Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahin oğlu açıqlamasında deyib.
Politoloq bu görüşün bir neçə müsbət məqamı olduğunu vurğulayıb:
"Birincisi, Ərdoğan Paşinyanı ayağına gətirib, görüş BMT binasının yanındakı Türk Evində keçirilib. Ərdoğanın Paşinyana təqdim etdiyi “Daha ədalətli dünya mümkündür” kitabında Türkiyənin regional maraqları əks olunub. Paşinyan həmin kitabı oxumasa belə, həmin kitabla şəkil çəkdirməsi onun Ərdoğanın mesajını qəbul etməsi anlamına gəlir. İkincisi, Ərdoğan bu görüşdə Paşinyana bir daha anladıb ki, Ermənistan Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin bərpasını istəyirsə, ilk növbədə Azərbaycanla sülh sazişi imzalamalı və Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Bu olmadan Türkiyə birtərəfli addım atmayacaq",- deyə politoloq fikrini ifadə edib.
Tahirə AĞAMİRZƏ