- Ermənistan mətbuatında 44 günlük müharibənin başlamasının 3-cü ildönümü ilə bağlı müxtəlif fikirlər səsləndirilməkdədir. "Hraparak"ın baş redaktoru Armine Ohanyanın "Ayıbdır, heç olmasa susun" başlıqlı məqalə isə öz üslub və məntiqi ilə diqqəti cəlb edən yazılardandır. O qeyd edir ki, həmin müharibə nəticəsində "arsaxın" taleyi həll olundu və Ermənistan rəhbərliyi bu ərazini Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Bu ilin sentyabrında isə cəmi bir gün ərzində darmadağın edilən "arsax ordusu" həm də həmin bölgədə yeni hərbi-siyasi reallığın başlanğıcına səbəb oldu.
Müxalif qaynana ləqəbli Armine Ohanyan əlavə edir ki, guya Azərbaycan təkcə silahlıların deyil, dinc ermənilərin də bölgədən çıxmasını istəyir. Humanitar yardım isə guya, müvəqqəti xarakter daşıyır.
Ermənistan hakimiyyətinin Qarabağdan gedən ermənilərə hansısa yardımını da kəskin tənqid edən baş redaktor onlara xitabən deyir ki, əməllərinizdən utanaraq susun.
Xatırladaq ki, A.Ohanyan əvvəllər dəfələrlə vurğulayıb ki, ermənilər anadan bədbəxt və qorxaq doğulurlar və bu ifadəsində o, tam haqlıdır.
Nəsib Qaramanlı