20.09.2024, 01:32
AZ EN
05.04.2022, 12:15 460

Ermənistan hələ də Qarabağa əsgər göndərir – bunu İrəvanda da təsdiq edirlər

YAZILAR

Ermənistan Üçtərəfli Bəyanatın 6-cı bəndini pozaraq, Ermənistan öz əsgərlərini Laçın dəhlizi vasitəsilə ölkəmizin ərazisinə göndərir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu  yaxınlarda verdiyi bəyanatda belə bildirilirdi. Maraqlıdır ki, İrəvanın özündə də həmin faktı təsdiq edirlər.

“Haqqın.az” informasiya portalının erməni KİV-nə istinadla yaydığı məlumata görə, müxalifətçi “Ermənistan” blokundan olan deputat Qeqam Manukyan deyib ki, Ermənistan öz hərbçilərinin Laçın dəhlizi vasitəsilə Qarabağda xidmət keçməyə göndərməyi davam etdirir.  O qeyd edib ki, erməni anaların bir çoxu ümid edirdi ki, müharibə başa çatdıqdan sonra onların oğulları Qarabağda xidmətə göndərilməyəcəkdir. Amma onlar orada xidmət edirlər, özü də daha ağır şəraitdə... Hökumət bizi aldadıb və çağırışıçıların döyüş mövqelərinə göndərilməyəcəyi  barədə vədini yerinə yetirmir. Reallıqda valideynlər görürlər ki, övladları faktiki olaraq ön cəbhəyə göndərilir...” Erməni deputat Qarabağda silahlı toqquşmaların yeni baş vermasi ehtimalının “çox yüksək” olduğunu iddia edib.

Eyni zamanda, Ermənistanın müdafiə nazirinin müavini Armen Sərkisyan jurnalistlərə bildirib ki, Fərrux kəndində baş vermiş hadisə ciddi şəkildə araşdırılacaqdır. Qeyd edib ki, bu kəndin ətrafında vəziyyət “dəyişməz” və “sabit” qalmaqdadır, “yeni toqquşmalar hər an başlaya bilər”.

“Haqqın.az”ın şərhçisi yazır: “Çox istərdik ki, bilək, Ermənistanın hərbi idarəsi Azərbaycanın suveren ərazilərindəki “insident”lə əlaqədar hansı əsasla və necə “araşdırma” aparmağa hazırlaşır? Maraqlı məsələdir: yalnız həmin ərazilərdə Ermənistan Müdafiə Nazirliyinə tabe olan hərbçilərin mövcudluğu şəraitində belə bir araşdırmanın aparılması mümkündür. Başqa sözlə, müdafiə nazirinin müavini Armen Sərkisyan Azərbaycanın suveren ərazilərində ölkəsinin hərbçilərinin olduğunu dolayısı ilə təsdiq edir. Əgər belədirsə, Sərkisyanın dediyi kimi, “hər an başlaya biləcək” yeni toqquşmalara görə məsuliyyəti kim daşıyacaqdır? Doğurdanmı, yenə Azərbaycan?”

Şərhçinin  qeyd etdiyinə görə, Rusiya sülhməramlılarının məsuliyyət zonasına aid ərazilərdə ümumi sayı 12-15 min nəfər olan erməni silahlı birləşmələri vardır. Bunların bir hissəsi separatçılar, qalanları  Ermənistandan xidmətə göndərilmiş müddətli və müqaviləli əsgərlərdir. Ermənistan Müdafiə Nazirliyinin müharibədən sonra öz hərbçilərinin bir hissəsini Laçın dəhlizi ilə Qarabağa göndərmək cəhdləri uğursuz olmuşdu – hərbçilərin valideynləri oğullarının hara göndərildiyindən xəbər tutub, yolları bağlamış və bir neçə gün kütləvi etiraz tədbirləri keçirmişdilər.

Sonradan aydın oldu ki, bütün bunlara baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi mülki paltar geyindirdikləri çağırışçıları Laçın dəhlizi ilə Azərbaycan ərazisinə keçirib.

Bu yaxınlarda Ermənistan KİV-ləri yazdılar ki, erməni çağırışıçılar Qarabağda xidmət keçməkdən yayınırlar, nəticədə özünü “ müdafiə ordusu” adlandıran qanunsuz hərbi birləşmələrin şəxsi heyəti əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, öz hərbçilərinin hələ də Azərbaycan ərazilərində olması faktını Ermənistanın inkar etməsi getdikcə çətinləşir.

Beləliklə, bütün bunlardan sonra Azərbaycanla sülhə nail olmağa hədsiz maraq göstərdiklərini dünya ictimaiyyətinə harda gəldi bəyan edən erməni liderlərin səmimiliyinə, siz deyin, necə inanasan?

Oxşar xəbərlər

SON XƏBƏRLƏR