22.11.2024, 12:04
AZ EN
22.02.2023, 13:04 361

Spikeri döyən həbs edilib

YAZILAR
  • Məlum olduğu kimi 44 günlük müharibədə biabırçı şəkildə məğlub Ermənistanın o vaxtkı parlament sədri, indiki xarici işlər naziri Ararat Mirzoyan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatdan sonra hakimiyyət binalarına edilən kütləvi hücum zamanı təpiklənərək döyülmüş və bir neçə ay müalicə olunmuşdu.

Erməni kütləvi informasiya vasitələri bu gün yaydıqları xəbərlərdə bu mövzunu yenidən gündəmə gətiriblər. Azərbaycanın tarixi zəfərini yenə də özlərinə məxsus həyasızlıqla şərh edən hay mətbuatı bildirir ki, Ermənistan milli təhlükəsizlik xidmətinin əməkdaşları 2020-ci noyabrın 10-da baş vermiş iğtişaşlarla bağlı əməliyyat nəticəsində dövlət binalarına, ayrı-ayrı şəxslərə zərər yetirən xeyli şəxsi, o cümlədən indiki xarici işlər nazirini öldürmək məqsədilə ölümcül vəziyyətdə döyən şəxs həbs edilib.

Hazırda bu cinayətlə bağlı əlavə əməliyyatların davam etdiyini bildirən "İravunk" qəzeti əlavə edib ki, Ararat Mirzoyanı bir nəfər deyil, onlarla gənc təpikləyib və bu, dəfələrlə rəsmi TV verilişlərində göstərilib. "Bu həqiqəti görməməzliyə vuran iqtidarın niyə məhz bir nəfəri həbs etməsi qanunsuzluqdur", - deyə müəllif videoçarxlarda göstərilən digər şəxslərin də həbsinin baş tutacağına inandığını vurğulayıb.

Nəsib

Oxşar xəbərlər