22.11.2024, 08:30
AZ EN
05.09.2023, 11:20 282

Hayların "arsax" xəstəliyi sağalan deyil

YAZILAR

Ermənilər 44 günlük müharibədəki biabırçı məğlubiyyətlərini baş nazir Nikol Paşinyanın adı ilə bağlayaraq belə bir sərsəm və reallıqla uzlaşmayan fikir də səsləndirirlər ki, baş nazir doğru deyir "əgər" arsax"la Azərbaycan təkbətək vuruşsa idi,"arsax" qalib gələrdi". Bu gülməli fikrin son vaxtlar daha tez-tez təkrarlanması isə şübhəsiz, əhalinin özünə inamını qaytarmaq məqsədinə hesablansa da onların ruh düşkünlüyü getdikcə artmaqdadır. Müxtəlif bəhanələrlə separatçıların  meydana gətirdikləri adamların sayı da getdikcə azalmaqdadır. Araik  Harutyunyanın istefa verməmişdən öncə  yeni "dövlət naziri" təyin etməsi və rejim rəhbərliyinin ona verilməsi haylar arasında yeni narazılıq doğurub.

Bu xəbəri yayan "Hraparak"ın baş redaktoru, Ermənistan spikerinin qaynanası Armine Ohanyan onu da xatırladıb ki, son 3 ildə  Xankəndidəki separatçı rejimin "dövlət naziri" postuna 3 dəfə təyinat olsa da, bu uğurlu alınmayıb və indiki "dövlət naziri də" arabanı yerindən tərpətmək iqtidarında deyil". Belə olduğu halda separatçıların nəyə güvəndikləri məlum deyil və görünən odur ki, hayların "arsax" xəstəliyi yalnız "Dəmir yumruq"la müalicə oluna bilər.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR