Hərbi ekspert Ədalət Verdiyev yazır: "Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də amnistiya ilə bağlı verdiyi bəyanatlar Qarabağdakı mövcud problemlərin ermənilər üçün ən layiqli həllini təklif edir. Bu təkliflərin Ermənistan Respublikasına ümumiyyətlə, heç bir aidiyyəti yoxdur, Azərbaycana qarşı cinayət törətməyən Qarabağın yerli erməni əhalisinə qarşı isə heç bir problem yaratmır". Ekspert daha sonra əlavə edir ki, Prezident İlham Əliyevin silahlı erməni terrorçulara amnistiya təklifi müddətsiz deyil: "Yəqin ki, bu müddətin son tarixi barədə Qarabağdakı rejim dolayı kanallarlarla məlumatlandırılıb. İyun-iyul maraqlı proseslərlə zəngin olacaq", - deyə hərbi ekspert əminliyini ifadə edib.
Hazırladı: Tahirə AĞAMİRZƏ