15.01.2026, 02:11
AZ EN
23.12.2025, 17:23 132

2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olundu – tarazlı inkişaf və milli memarlıq irsinə dəstək

YAZILAR
  • Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması Azərbaycan üçün həm strateji, həm də ideoloji baxımdan önəmli qərardır. Urbanizasiya prosesinin sürətlənməsi, əhali artımı və işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulması fonunda şəhərsalma və planlaşdırma məsələləri daha aktual xarakter alıb.

Turan Rzayevin fikrincə, Bakının artan yükünü azaltmaq və regionların inkişafını sürətləndirmək üçün müasir şəhərsalma modeli tətbiq olunmalıdır. Sadəcə yaşayış binalarının deyil, nəqliyyat sistemlərinin, sosial infrastrukturun, iş yerlərinin və ekoloji tarazlığın da nəzərə alındığı kompleks yanaşma ön plana çıxmalıdır.

Politoloq qeyd edib ki, xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” modelləridir. Bu ərazilərdə sıfırdan qurulan şəhərsalma yanaşması təkcə bərpa deyil, həm də gələcək rifah üçün baza yaradır. Digər mühüm məqam isə tarixi-mədəni irsin qorunmasıdır. Təəssüf ki, Bakıda və digər şəhərlərdə bəzi tarixi məkanlar baxımsız qalır və ya plansız müdaxilələr nəticəsində sıradan çıxır. Halbuki şəhərlərin yenilənməsi tarixi irsin məhv edilməsi ilə deyil, onun qorunaraq müasirliyə inteqrasiyası ilə baş verməlidir. Bu, şəhərin kimliyini və estetik dəyərini gücləndirən amildir.

Nəticə etibarilə, şəhərsalma sahəsində islahatlar kompleks yanaşma tələb edir: planlaşdırma, ekoloji davamlılıq, rəqəmsallaşma, tarixi irsin qorunması və regional inkişaf vahid strateji yanaşma ilə həyata keçirilməlidir.

2026-cı ilin bu sahəyə həsr olunması institusional və ideoloji baza formalaşdırır və Azərbaycanın gələcək inkişaf vizyonunda şəhərsalma və memarlığın əsas dayaqlardan biri kimi möhkəmlənəcəyini göstərir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR