18.06.2025, 17:41
AZ EN
03.09.2024, 13:56 340

Beynəlxalq hüquqda Zəngəzurun ərazisi...

YAZILAR
  • "Ölkəmizin müstəqillik haqqında Konstitusiya Aktında göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının (ADR) hüquqi varisidir. Konstitusiyada ancaq bu müddəa yer alıb. Nikol Paşinyan isə buna özünə görə şərhlər verir. Çünki ADR ərazisində Zəngəzur və digər tarixi torpaqlar mövcud olub".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan konstitusiyasında Zəngəzurla bağlı hansısa qeydlərin olması barədə dediklərini şərh edərkən bildirib. Onun fikrincə, erməni baş nazirin  Azərbaycan Respublikasının ADR-in hüquqi varisi olması barədə yozumları yanlış düşüncənin məhsuludur: "ADR-in hüquqi varisi olmaq, dövlətçiliyin varisliyinin olduğunu göstərir. Yəni, burada torpaq və ərazi ilə bağlı hər hansı qeyd yoxdur. Paşinyan isə Azərbaycanın müstəqillik haqqında Konstitusiya Aktındakı həmin müddəya istinad etmək istəyir. Amma bu, doğru yanaşma deyil”.
Politoloq hesab edir ki, Paşinyanın bu tezisindən Ermənistan əleyhinə istifadə edilə bilər. Onun sözlərinə görə, "Azərbaycan Ermənistanın ərazi bütövlüyünə etiraz etməyib" kimi məsələ ortaya atılacaqsa, Paşinyanın bu bəyanatına istinad olunacaq: Azərbaycanın əks arqument o olacaq ki, Paşinyanın Bakı Zəngəzuru Ermənistan torpağı kimi tanımayıb” kimi iddiaları yalandı. Doğrudan da Azərbaycan tərəfi heç vaxt Ermənistanın ərazi bütövlüyünü tanımıram kimi mövqe sərgiləməyib. Çünki ATƏT, AŞPA və BMT-yə üzv olanda Azərbaycan tərəfi belə bir bəyanat verməyib. O vaxt Azərbaycan Avropa Konvensiyasına qoşulanda belə bəyan edib ki, keçmiş Dağlıq Qarabağ ərazisinə nəzarəti həyata keçirə bilmədiyi üçün orada olan pozuntulara görə də məsuliyyət daşımır”.

Elxan SALAHOV

Oxşar xəbərlər