01.08.2025, 16:13
AZ EN
08.04.2024, 11:25 412

Qərb Ermənistanı oyuncaq edib

YAZILAR
  • "Hraparak"ın müxbiri Vaxtanq Siradeğyan baş nazir Nikol Paşinyanın prezident Vahaqn Xaçaturyanı Brüsselə niyə aparmadığının bəzi məqamlarını açıqlayıb.

O, yazıb ki, Ermənistan parlament respublikasıdır və baş nazir statusuna görə prezidentdən daha səlahiyyətlidir və prezident məhz baş nazirin istəyi ilə seçildiyinə görə onunla hesablaşmağa məcburdur. Müəllif daha sonra bildirib ki, Paşinyan Brüsseldə olarkən guya Azərbaycan ordusu beş istiqamətdə erməni mövqelərini atəşə tutub. Bu barədə həm ABŞ dövlət katibinə, həm də Avropa İttifaqının rəsmisinə məlumat verilsə də onlar yenə də Azərbaycana qarşı sanksiya tətbiq edilməsi məsələsinə baxmayıblar. Ermənistanın Qərbin maraqlarına uyğun hərəkət etdiyini, amma analoji addımla qarşılanmadığını diqqətə çatdıran öz müşahidələrinə istinadən belə qənaətə gəlib ki, Ermənistan Qərbin oyuncağına dönüb və bu oyuncaq ya Rusiyanın dəstəyi ilə Azərbaycan, ya da elə Rusiyanın özü tərəfindən sına bilər.

Ermənilərin kiminsə əlində oyuncaq olduğu yenilik deyil ki!

N.Qaramanlı

Oxşar xəbərlər