Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin 22 illik siyasi liderliyi dövrü Azərbaycan iqtisadiyyatının davamlı və inkluziv inkişafı ilə səciyyələnir. Bu müddətdə ölkə iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. İcmal büdcənin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 30 dəfə çoxalıb. Azərbaycanın strateji valyuta ehtiyatları isə 2 milyard dollardan 80 milyard dollara qədər yüksəlib.
Deputat qeyd edir ki, bu nailiyyətlər İlham Əliyevin apardığı islahatların və iqtisadi idarəetmə siyasətinin nəticəsidir. Hazırda ölkə yeni mərhələyə - islahatların dərinləşdirilməsi və postmünaqişə dövrünün sosial-iqtisadi quruculuq mərhələsinə qədəm qoyub.
Eyni zamanda, son 22 il Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin də güclənməsi ilə yadda qalıb. Azərbaycan həm türk dünyasında, həm də Qərb və Şərq ölkələri ilə münasibətlərini uğurla inkişaf etdirib. Çoxvektorlu xarici siyasət kursu ölkənin qlobal və regional siyasətdə əhəmiyyətini daha da artırıb.
Beləliklə, 2023-cü ilin Zəfər seçkisi təkcə siyasi yox, həm də iqtisadi və diplomatik baxımdan yeni inkişaf mərhələsinin əsasını qoydu. Bu mərhələnin əsas hədəfi isə Azərbaycanı dayanıqlı və rifahlı gələcəyə aparmaqdır.
Tahirə AĞAMİRZƏ