19.04.2025, 04:30
AZ EN
14.03.2023, 13:00 138

Paşinyan müharibə istəyir

YAZILAR
  • Bu gün saat 12-də Ermənistan hökumətinin binasında baş nazir Nikol Paşinyan mətbuat konfransı keçirib.Ölkədəki və bölgədəki vəziyyəti öz hay süzgəcindən keçirən baş nazirin bu dəfəki izahatları hayların düşüncəsi ilə tam eyni olduğuna görə səmimi qəbul edilib.

Azərbaycanla bağlı söylənilənlər isə həmişə olduğu kimi bu dəfə də həqiqətin deyil, dələduzluğun Ermənistan üçün prioritet olduğunu yenidən açıqlayıb.

O, Azərbaycanla sülh müqaviləsinin bağlanıb-bağlanmayacağı ilə bağlı sualı isə belə cavablandırıb:"Deyə bilərəm ki, hər halda irəliləyiş görürük. Amma biz nə qədər irəliləyiş görürüksə, o qədər də fundamental problemlər görürük. Azərbaycan cəhd edir ki, mümkün sülh müqaviləsinin təsdiqlənməsi vasitəsilə Ermənistan Respublikasının ərazilərinə tələblər, yaxud kəsimlər formalaşdırsın, bu isə bizim üçün qırmızı xəttdir. Azərbaycan Dağlıq Qarabağda soyqırımı, yaxud etnik təmizləmə həyata keçirmək üçün həm də Ermənistan Respublikasının imzası olan mandat almaq istəyir ki, bu da bizim üçün qırmızı xəttidir.'

Bütün bunların məntiqi yekunu isə məhz müharibəyə aparan yol deməkdir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR