22.11.2024, 15:15
AZ EN
02.07.2024, 12:41 276

Ermənistan mina xəritələrini Azərbaycan tərəfə vermək niyyətində deyil

YAZILAR
  • “Ermənistan tərəfinin indiyə qədərki davranışları bizə bu ölkənin Azərbaycan ərazilərinə basdırdığı milyon yarım ərazinin mina xəritələrini vermək niyyətində olmadığını deməyə əsas verir”. Bunu mətbuata açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun sözlərinə görə,  Ermənistanın nə vaxtsa Azərbaycana dəqiq mina xəritələrini verəcəyinə inanmaq sadəlövlük olar. Çünki Ermənistanın istəyi rəsmi Bakıya təqdim etdiyi qeyri-dəqiq xəritələrlə Azərbaycan tərəfini yalnış istiqamətə yönəldərək daha çox itkilər verməsinə zəmin yaratmaqdır.

Hərbi ekspert daha sonra əlavə edib ki, Ermənistan konstitusiyasında, hərbi dokturinasında, milli təhlükəsizlik strategiyasında və  digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyənə qədər sülh müqaviləsinin imzalanması doğru olmayacaq: “Çünki bu müqavilə imzalanıb Ermənistan parlamentinə göndərilərsə, Ermənistan parlamenti çox rahatlıqla bu sənədin ölkə konstitusiyasına uyğun gəlmədiyini əsas gətirərək sülh müqaviləsini təsdiqləməyə bilər və yaxud təsdiqləsə belə konstitusiyada mövcud olan müddəalar gələcəkdə Ermənistanın  növbəti dəfə Azərbaycana qarşı fəaliyyətlərini mümkün edir. Bu baxımdan yaxın perpektivdə nə sülh müqaviləsinin imzalanmasına, nə də  ki, Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana verəcəyinə dair ehtimallar irəli sürə bilərik”,- deyə hərbi ekspert bildirib.

Qeyd edək ki,  Ermənistanın təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi İrəvan hələ də  dəqiq mina xəritələrini vermək istəmir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər