19.04.2025, 13:37
AZ EN
13.02.2023, 15:35 398

Qərbi Azərbaycan İcması haylara ah-vay yaşadır

YAZILAR

Saxtakarlıq və uydurmalar ustası olan hayların bu günlərdə YouTube kanalında yayılmış bir videoçarxı da Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızla əlaqələndirməyə cəhd göstərmələri ancaq gülüş yaradan səhnəciyə bənzəyir. "Ermənistandan gedən azərbaycanlılar yeməyə çörək tapmır" kimi reallıqla bir araya sığmayan və eyni zamanda gülməli başlıqlı həmin vieoçarxda məcburi köçkünlərimizin məskunlaşdığı yataqxana binası göstərilir. Həm də həyasızcasına qeyd olunur ki, "Ermənistandan gedən azərbaycanlılar 34 ildən çoxdur ki, burada məskunlaşıblar", guya həm də dözülməz şəraitdə yaşayırlar. Daha sonra isə bir nəfər yaşlı qadının səsini "montaj" ediblər. Həmin qadın deyir ki, pensiyası ilə dolana bilmir. Haylar isə bu cümləni tam başqa mənası olan sözlərlə şərh ediblər. Həmin qadının ləhcəsi isə Azərbaycanın rayonlarından birinə məxsusdur və bunun özü də real fakt olaraq videoçarxın uydurma olduğunu sübut edir. Bundan əlavə, hamıya məlumdur ki, Qərbi Azərbaycandan olan qaçqınlarımız hələ Ulu Öndərimizin prezidentliyi dövründə tam məskunlaşdırılmışdı və dövlətimiz onlara həmişə qayğı göstərir. Ötən il dekabrın 24-də möhtərəm Prezidentimiz İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak etdikdən sonra həmin bölgədən olan ziyalılarla görüşündəki proqram xarakterli müdrik çıxışında bu qayğının daha da artacağı qənaətinə gəlməyə yeni sevinc dolu əsas verdi. Bu isə hayların kürkünə birə salmaya bilməzdi. Məhz hay həyasızlığının bir nümunəsi də Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin bir qrup ziyalı ilə qardaş Türkiyənin ölkəmizdəki səfirliyinə gedərək zəlzələ ilə bağlı başsağlığı verməsinə hayların düşmən münasibət bəsləmələridir.

"Bəs, İranın səfirliyinə niyə başsağlığı vermədilər?" -deyə bizi qınamağa cəhd edən hayların nə vaxtsa sağlam düşüncəli olacağını isə heç kəs deyə bilməz.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR