13.03.2026, 16:49
AZ EN
13.03.2026, 15:16 150

Rusiya Köçəryanı hakimiyyətə qaytarmaq üçün milyonlar xərcləyəcək

XƏBƏRLƏR
  • Rusiyadakı bəzi siyasi dairələr Ermənistanda müxalifəti hakimiyyətə qarşı radikal addımlar atmağa təhrik edir. Onların əsas məqsədi keçmiş prezident Robert Köçəryanı yenidən Ermənistanda hakimiyyətə gətirməkdir.

"Vətən səsi" xəbər verir ki, bu barədə erməni jurnalist Abo Çaparyan iyun ayında keçiriləcək parlament seçkilərinə həsr olunmuş məqaləsində bildirib. O, qeyd edib ki, Ermənistanda kilsə radikal keşişlər tərəfindən "işğal" olunub, dini ibadət mərkəzlərinin rəhbərləri isə Rusiya KQB-sinə xidmətçisi rolunda çıxış edirlər: "Fəaliyyətini Rusiyadan gələn tezislər üzərində quran "Beşinci kolon" ölkəni məhvə aparır, onlar Ermənistanı "İttifaq dövləti"nə daxil etmək istəyir. Kilsə rəhbərləri faktiki olaraq xeyriyyəçi adı altında talançııqla məşğuldurlar, onlar dindar deyil, talançıdırlar".

Erməni jurnalist iddia edir ki, Kreml Ermənistanda hakimiyyət dəyişikliyi pkanını həyata keçirmək üçün dövriyyəyə külli miqdarda pul qoyub. Abo Çaparyanın sözlərinə görə, Moskvanın əsas məqsəd Robert Köçəryanı hakimiyyətə qaytarmaqdır: "Köçəryan Kremlin itaətkar xidmətçisidir, məhz onun əli ilə "İkinci Gümrü" ssenarisini təkrarlamaq istəyirlər. Rusiya onları Ermənistanı öz əyalətinə çevirməyə məcbur edir".

Çaparyan əlavə edib ki, Rusiyanın Ermənistandakı köləsi rolunu oynayan "Daşnaksütyun" da müxakifətlə eyni mövqedən çıxış edərək hazırkı hakimiyyətə qarşı təbliğat aparır.

Siyasi ekspert Georgi Tumasyan isə əmindir ki, Ermənistan müxalifəti parlament seçkilərində məğlub olacaq. O, deyib ki, müxalifət Rusiyanın dəstəyi ilə "İkinci Gümrü" ssenarisini təkrarlamağa çalışsalar da, uduzacaqlar: "Köçəryan və onun müxalifətçi dostları növbəti seçkilərdə məğlub olacaq. Baxmayaraq ki, agentura şəbəkəsi birləşərək hakimiyyəti ələ keçirmək üçün kənardan ölkəyə milyonlarla dollar gətirib. Rusiya Köçəryanı hakimiyyətə qaytarmaq üçün milyonlar xərcləməyə hazırdır. Artıq hakimiyyəti ələ keçirmək üçün pulların bir qismi ölkədədir".

Ermənistan müxalifətinin "sülh yoxdur" iddialarını əsassız sayan Tumasyan bildirib ki, onların nədən narazı qaldıqlarını və nə istədiklərini heç kəs başa düşmür: "Onlar iddia edirlər ki, Ermənistanda sülh yoxdur. Bəs, nə olsun, müharibə olmasını istəyirlər?. Həqiqətən Ermanistanda sülh yoxdursa, onda 2020-ci ildə və ondan iki il sonra baş verənlər nə idi?".

Elxan SALAHOV

Oxşar xəbərlər