02.02.2026, 15:43
AZ EN
16.01.2026, 14:58 225

Simonyan: Ermənistan heç vaxt İrana qarşı addımlar atmayacaq

XƏBƏRLƏR
  • Ermənistan heç vaxt İrana qarşı heç bir addım atmayıb və atmayacaq da.

Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

"Ermənistan İrana qarşı proseslərə cəlb edilməyəcək", - deyə Simonyan İranın İrəvandakı səfiri Xəlil Şirqolaminin Ermənistanın İrana düşmən qüvvələrin mərkəzinə çevrildiyi barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, o Tehranın "Tramp marşrutu" (TRIPP) layihəsi ilə bağlı narahatlığını əsassız hesab edir. "TRIPP, İran da daxil olmaqla, regionun bütün ölkələri üçün böyük iqtisadi imkanlar yaradacaq", - parlament sədri deyib. (Report)

Oxşar xəbərlər