Bu sözləri açıqlaması zamanı Naxçıvan Dövlət Universitetinin professoru Çingiz Axundov deyib.
Onun sözlərinə görə, Azərbaycanın sərvəti həmişə böyük dövlətlərin diqqətini cəlb edib və buna görə də ermənilər manipulyasiya obyekti kimi bu və ya digər qlobal gücün əlində oyuncağa çevrilərək Azərbaycana qarşı torpaq iddiaları irəli sürüblər.
“Bu proses 2020-ci ilin sentyabr ayına kimi davam etdi. Həmin tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad etdi və bununla da azərbaycanlıların soyqırıma məruz qalmasına, torpaqlarını güzəştə getməyə məcbur olması kimi neqativ geosiyasi burulğanlara son qoyuldu. 31 Mart tariximizin qanlı günlərindən biridir. Lakin XX əsrin əvvəllərində erməni dövlətini quranlar heç düşünə bilməzdilər ki, 100 il sonra məğlub olacaqlar. Müstəqillik qazanıb güclənən Azərbaycan ermənilərə yerini göstərdi və qlobal güclərin tərəfdaşına çevrildi. Bu gün Ermənistanın Azərbaycanın şərtlərini qəbul edib sülhə gəlməkdən başqa çarəsi yoxdur. Əks təqdirdə “Dəmir yumruq” öz sözünü deyəcək”, - deyə professor vurğulayıb. (AZERTAC)