Bu fikirləri açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının mətbuat katibi və İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin sədri Sefer Qaraqoyunlu deyib.
O bildirib ki, bu hadisələr mart ayında başlayaraq sentyabr ayına qədər davam edib.
Qaraqoyunlu keçmişi unutmamağın, onu dərk etməyin gələcəyi qorumaq baxımından vacibliyini vurğulayıb:“1905–1906, 1918–1920, 1948–1953 və sonrakı illərdə baş vermiş, eləcə də Xocalı hadisələrini unutmamalıyıq, şəhid və qazilərimizi rəhmət və minnətdarlıq hissi ilə yad edirik”. (AZERTAC)