Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Cəmiyyətin növbədənkənar XXVI Baş Məclisində hesabat məruzəsi ilə çıxışında deyib.
"Belə ki, "Böyük Qayıdış" layihəsi çərçivəsində AzQAC-ın 3 şəhərdə ofis inşa etməsi gözlənilir", - o bildirib.
İcraçı katib antiterror tədbirlərindən sonra AzQAC tərəfindən humanitar siyasətin parçası olaraq, Qarabağ iqtisadi rayonunda yaşayan əhaliyə yardım edilməsi məsələsini də xüsusilə vurğulayıb:
"Bu fəaliyyət çərçivəsində 40 ton un əraziyə göndərilib və lazımi məntəqələrə çatdırılıb". (APA)