01.04.2026, 01:19
AZ EN
31.03.2026, 19:40 119

Kəlbəcərdə “Tunel qırğını” adlanan hadisədən 33 il ötür

XƏBƏRLƏR

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi ağır cinayətlərdən biri də Kəlbəcərin işğalı zamanı baş verən və “Tunel qırğını” adlanan dəhşətli hadisə oldu. 1993-cü il martın 31-də tunelin qarşısında pusqu quran Ermənistan hərbçiləri oradan keçməyə çalışan dinc insanları qətlə yetirdilər. Sağ qalanları girov götürərək onları amansız işgəncələrə məruz qoydular. (AZERTAC)

 

 

 

Oxşar xəbərlər