09.06.2025, 14:11
AZ EN
13.11.2024, 15:12 200

COP29 çərçivəsində Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqazın ekologiyasını zəhərləməsi barədə müzakirə keçirilib

XƏBƏRLƏR
  • COP29 çərçivəsində Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi təsirləri ilə bağlı müxtəlif yan tədbirlər və müzakirələr həyata keçirilir. Bu məsələnin Qazaxıstan, Meksika və İsveç ekofəalları ilə müzakirə edilməsi ilə həll yolları tapılmağa çalışılır.

Bu barədə "Environmental Protection First" koalisiyasının həmtəsisçisi Amin Məmmədov COP29-da keçirilən Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqazın ekologiyasını zəhərlənməsi barədə müzakirədən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla bağlı əsasən beynəlxalq əməkdaşlığın gücləndirilməsi ön plana çəkilir:

"Eyni zamanda beynəlxalq konvensiyaların katibliklərinin dağ-mədən sənayesinin təsirlərindən əziyyət çəkən ölkələrlə sıx əməkdaşlığının təmin edilməsi əsas məqsədlərdən biridir. Beləliklə, dağ-mədən sənayesinin təsirləri ilə bağlı hesabatların ölkələrdən tələb edilməsi kimi məsələlərin vacibliyi sessiyalarda mütləq vurğulanır. Gələcək üçün beynəlxalq QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi, bu müstəvidə birgə fəaliyyətin inkişaf etdirilməsi üçün görülə biləcək işləri araşdırırıq. Ona görə də COP29 çərçivəsində keçirilən sessiyalarda bu məqamlara xüsusi diqqət yetirilir". (Report)

Oxşar xəbərlər