"Vətən səsi" xəbər verir ki, YAP Mərkəzi Aparatının yaydığı məlumatda belə deyilir. Bildirilir ki, Azərbaycan-İran dövlətlərarası münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan bu xain təxribat cəhdi regionda hərbi-siyasi gərginliyin artmasına xidmət göstərir.
"Ərazi bütövlüyü və mütləq suverenliyini bərpa etməklə yeni reallıqlar yaradan müstəqil Azərbaycan dövləti hər zaman mehriban qonşuluq prinsipinə sadiq olub. Ölkəmizin bu gün milli maraqlar və qlobal çağırışları nəzərə almaqla həyata keçirdiyi konstruktiv siyasət və sülh diplomatiyası regionda etibarlı təhlükəsizlik və çoxşaxəli əməkdaşlıq kontekstində etimad quruculuğuna hədəflənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti kimi hərbi-strateji potensialını daha da gücləndirən Azərbaycan milli və regional təhlükəsizliyə yönəlmiş istənilən təhdidin qarşısını almağa qadirdir. Qonşu İran dövlətinin bu hücum aktını qətiyyətlə pisləyir, Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı qərəzli təbliğata və bütün təxribat cəhdlərinə birmənalı şəkildə son qoyulmasını tələb edirik", - deyə hakim partiya bəyan edib.