Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
"Burada bir ziddiyyət var: biz iqtisadi artım, böyük pul dövriyyəsi göstəririk. Lakin lakin yoxsulluqda əhəmiyyətli dərəcədə azalma müşahidə etməmişik. Məncə bunun səbəbi köhnəlmiş məktəblərdir, uşaqların əhəmiyyətli bir hissəsinin lazımi keyfiyyətli təhsil almaq hüququndan məhrum olmasındadır", - o qeyd edib.
Paşinyanın sözlərinə görə, əvvəlki hökumətdə ali təhsilin keyfiyyəti kəskin şəkildə aşağı düşüb, universitetlər isə korrupsiya və siyasi təzyiq alətlərinə çevrilib: "Bugünkü yoxsulluq bunun nəticəsidir". (Report)