"Hraparak" informasiya agentliyinin məlumatına görə,yanan əsgərlərin biri Vedibasardan hərbi xidmətə çağırılmış Taro Qaribyanyandır.O ötən ilin sentyabrında Azərbaycan Respublikası ərazisində diversiya- təxribat törətmək məqsədilə sərhədi keçərək bir neçə soydaşımızı şəhid edib.Hərbçilərimizin əks -hücuma keçməsi nəticəsində qaçmağa məcbur olan bu hay da sonralar medalla mükafatlandırılıb , qəzetlərdə şəkli və haqqında məqalələr dərc olunub. Fevralda hərbi xidməti başa çatmalı olan Taronun sümükləri testdən keçirildikdən sonra ailəsinə təhvil verilib. Onun qalıqları yanvarın 23- də doğulduğu kənddə basdırılacaqdır. Agentliyin məlumatına görə, valideynlərin çoxu iqtidara etiraz əlaməti olaraq övladlarının " Yerablur" hərbi məzarlığında basdırılmasından imtina ediblər.
Ermənistan prezidenti isə bunu müxalifət partiyalarının təbliğat kampaniyasının nəticəsində baş verdiyini bildirib.
Nəsib QARAMANLI