- Ermənistan iqtidarına yaxın Arm.NewsHour-da paylaşılan bir video çarxda özünü "müqəddəs mübarizə" adlanan müxalif qrupun rəhbəri hesab edən və hakimiyyəti sağlam məntiqlə bir araya sığmayan işlər görməyə, tezliklə müharibəyə başlamağa çağıran Keşiş Bağratın dünən xəstəliyi ilə bağlı xəstəliklərə nəzarət tibbi mərkəzdə müayinədən keçdiyi göstərilib. Keşişin daxili orqanlarında problemlər olduğunu qeyd edən sözügedən medianın jurnalisti sonda deyib ki, o, həm də "dod" olduğuna görə müalicə olunmalıdır.
Xatırladaq ki, psixoloji çatışmazlığı olanlara ruslar "devyat be", haylar isə "dod", yəni gic deyirlər.
Nəsib