20.09.2024, 18:44
AZ EN
01.05.2023, 13:26 240

Separatçılar saman çöpü axtarırlar

XƏBƏRLƏR
  • "Hraparak"ın məlumatına görə, hazırda bir qrup erməni Xankəndidə etiraz aksiyası keçirir.

Rusiya "sülhməramlıların" onların problemlərini həll etmək üçün öhdəlik götürdüyünü, amma ona əməl edə bilmədiyini, Paşinyanın isə əlini çoxdan çəkdiyini dilə gətirən aksiya iştirakçılarından biri vurğulayıb ki, bizə zəmanəti RF rəhbəri verib. Nə Paşinyan, nə Koçaryan, nə də Serj Sarkisyan verib. Rus söz verib əməl də etməlidir.

"Paşinyan dediyini deyib, nə dediyini də bilirsiniz. Serjik və Koçaryana deyirik ki, sizin milyon dənə imkanınız var, Qarabağ barədə nə fikirləşirsiniz"- deyə hər iki qatilin gərəkən tədbirlər görməsini istəyən başqa bir erməninin çıxışı isə deməyə tam əsas verir ki, haylar saman çöpü axtarırlar.

Nəsib

Oxşar xəbərlər