02.03.2026, 11:43
AZ EN
02.03.2026, 09:40 74

Rəşad Nəbiyev "Böyük Dəbilqə" turnirində 7 medal qazanan cüdoçuları təbrik edib

XƏBƏRLƏR
  • Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində 7 medal qazanan millinin üzvlərini təbrik edib.

O, bu barədə "X" hesabında paylaşım edib.

R.Nəbiyev cüdoçuları əlamətdar nailiyyət münasibətilə təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, "Böyük Dəbilqə"də 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 7 medal qazanan Azərbaycan cüdoçuları komanda hesabında ikinci, kişilərin mübarizəsində isə birinci yeri tutub. (Report)

Oxşar xəbərlər