17.04.2026, 18:33
AZ EN
17.04.2026, 16:51 134

Mədəniyyət naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib

QARABAĞ
  • Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü aprelin 17-də Ağdam şəhərində keçirilib.

Nazirlikdən bildirilib ki, ötən il istifadəyə verilmiş Ağdam Muğam Mərkəzində təşkil olunan görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarından vətəndaşlar iştirak ediblər. Sakinlər məşğulluq, mədəniyyət sahəsinə aid təşəbbüs və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını bildirib.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib. (AZƏRTAC)

Oxşar xəbərlər