Turun son matçında "Qarabağ" "Sabah"la qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan və 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.
"Sabah"dan qolları Xəyal Əliyev (13), Aaron Maluda (54), Coy-Lens Mikels (60) rəqib qapısından keçiriblər. "Qarabağ"ın heyətində isə Pedro Bikalyo (73), Kevin Medina (78), Musa Qurbanlı (84) fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 53-ə çatdıran "Sabah" turnir cədvəlinə başçılıq edir. 46 xala malik "Qarabağ" isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2), "Qəbələ" - "Karvan-Yevlax" (1:1), "Turan Tovuz" - "İmişli" (0:0) görüşlərində isə qalib müəyyənləşməyib. (Report)