02.03.2026, 01:22
AZ EN
01.03.2026, 12:14 102

Ayxan Hacızadə: "İndiyə qədər 30 vətəndaşımız Azərbaycan sərhədindən keçid edib"

XƏBƏRLƏR
  • Böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən səfirliklərimiz və baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, vətəndaşlardan gələn müraciətlərə uyğun olaraq, Azərbaycan diplomatik missiyaları tərəfindən müvafiq dəstək göstərilir.

"İndiyə qədər bölgədə yalnız bir nəfər vətəndaşımız xəsarət alıb. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır. Vətəndaşlarımızın təxliyəsinə gəldikdə, indiki məqamda Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhədindən istifadə olunur. İndiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhədindən keçid edib. Ümumilikdə bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq, indiki məqamda vətəndaşların təxliyəsi nəzərdə tutulmur.

Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur", - deyə Ayxan Hacızadənin açıqlamasında qeyd olunur. (AZƏRTAC)

Oxşar xəbərlər