Bu sözləri açıqlamasında Ağdam şəhərindən olan keçmiş məcburi köçkün Mənzər Əliyeva bildirib.
Sakin vurğulayıb ki, işğaldan azad edilən torpaqlara həyat yenidən qayıdır. Bundan sonrakı həyatını doğma yurdunda davam etdirməyi planlaşdırır və artıq ailəsi ilə birlikdə bu torpaqlara qayıdır.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması tarixi hadisədir. Dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdaram. Azərbaycan əsgərlərinə təşəkkürümü bildirirəm, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm”, - deyə M.Əliyeva qeyd edib.