24.04.2025, 22:45
AZ EN
18.08.2023, 11:26 392

Füzuli sakini: Bu sevinci bizə yaşatdığı üçün dövlətimizin başçısına minnətdarıq

XƏBƏRLƏR
  • Füzuli rayonundan 1992-ci ildə çıxmışdıq. Otuz bir ildən sonra iki oğlumu doğma torpağa - Füzuliyə yola salıram. Fəxr edirəm ki, övladlarım böyük ruh yüksəkliyi ilə rayonumuza köçürlər.

Bu fikirləri Füzuli sakini Xatın Şirinova deyib.

Beş övlad anası olduğunu deyən X.Şirinova onların hamısının ailəli olduqlarını bildirib. Füzuliyə köçən hər iki oğlunun hərəsinin 2 övladı olduğunu qeyd edən rayon sakini bu gün Şirinovlar ailəsindən 8 nəfərin yola düşdüyünü diqqətə çatdırıb.

“Dekabr ayında da biz köçəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Dövlətimizin başçısına çox minnətdarıq. Çox sağ olsun ki, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmaları üçün diqqətini əsirgəmir. Bizə bu sevinci yaşatdığı üçün dövlətimizin başçısına minnətdarıq”, - deyə Füzuli sakini sevincini ifadə edib. (AZƏRTAC)

Oxşar xəbərlər