Vətən mənə oğul desə nə dərdim misrasinda böyük mənalar var. İstər I Qarabağ savaşında, istərsə də Vətən müharibəsində minlərlə igidimizə Vətən OĞUL dedi. Onlardan biri də Namik Murad oğlu Bayramovdur. Namik 10 oktyabr 1996-cı ildə Quba rayonunun Yenikənd kəndində anadan olmuşdur. O, orta təhsilini Sumqayıt şəhər 26 saylı tam orta məktəbdə almışdır. Orta təhsildən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Vətən müharibəsi başlayanda N.Bayramov bir əsgər kimi Cəbrayıl, Xocavənd, Füzuli uğrunda mərdliklə vuruşmuşdur. Namik Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində yaralanmışdır. Göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şücaətə görə" medalları ilə təltif olunmuşdur.
İsa Musayev