Bu barədə o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığından sonra "X" səhifəsində bildirib.
"Ermənistan və Azərbaycanın sülh prosesində davamlı iştirakını alqışlayıram və sülh müqaviləsinin tezliklə imzalanmasına ümid edirəm".
Tərəflər həmçinin Belçika və Ermənistan arasında ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını, eləcə də Aİ ilə Ermənistan arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Bundan əlavə, onlar regiondakı mövcud inkişaflar barədə fikir mübadiləsi aparıblar. (Report)