09.06.2025, 12:54
AZ EN
13.03.2024, 15:17 376

Ermənistan parlamenti müharibə istəyir?

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, bu gün Ermənistan parlamentində yüksək vəzifəli hərbçilərin nümayəndələrinin də iştirak etdiyi qapalı iclas keçirilib.

İclasda iştirak edən müdafiə nazirinin müavini Arman Sakisyan jurnalistlərin suallarına cavab verməkdən imtina edərək edərək deyib ki, əlbəttə, parlamentdə müxtəlif məsələlər müzakirə edilir. Onların bəziləri haqqında açıqlama vermək olmaz deyən nazir müavini Nikol Paşinyanın anklav olmayan 4 Azərbaycan kəndi barədə suala da cavab verməkdən imtina edib, sonra isə belə məsələlər baş nazirin səlahiyyətinə aiddir deyib.

Agentlik isə belə qənaətə gəldiyini yazıb ki, qapalı iclasda gələcək müharibə barədə müzakirə gedib. Bu, doğrudan da belədirsə, deməli hayların vayları daha da artacaq.

Nəsib

Oxşar xəbərlər