09.06.2025, 15:17
AZ EN
26.04.2024, 11:06 364

İrəvanda yolu kəsiblər

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, bu gün səhər tezdən bir qrup şəxs İrəvanın Davidaşen hissəsində yolu kəsiblər. Amma polisin müdaxiləsindən sonra yol açılıb və aksiyaçılar ərazidən uzaqlaşdırılıb. Daha sonra onlar İrəvanın mərkəzindəki keçmiş Lenin, indiki "Azadlıq" prospektinə gələrək yolu TIR maşınları ilə bağlayıblar. Agentlik əlavə edib ki, bu gün şəhərin başqa yerlərində də analoji addımlar atılması gözlənilir.

Görünür, haylar təkcə şosse yolunu deyil, həm də özlərinin dinc yaşam yollarını bağlamağa vərdişlidir. Belə olmasa idi, Nikol Paşinyanın tarix müəllimi olan Aşot kimi tarixi həqiqətləri dərk edər və Azərbaycanın deyil, Ermənistanın işğalçı olduğunu, nəhayət, başa düşərdilər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər