19.10.2024, 20:47
AZ EN
16.10.2023, 11:29 282

Putin Paşinyanı siyasi cəhətdən məhv etdi

XƏBƏRLƏR

Bu sözləri Ermənistanın sabiq xarici işlər naziri Vartan Voskanyan "Hraparak"a verdiyi müsahibəsində deyib. Azərbaycanın şanlı ordusunun 23 saat ərzində Qarabağdakı separatçıları diz çökdürməsində Nikol Paşinyanın siyasi səriştəsizliyinin də mühüm rol oynadığını dilə gətirən sabiq baş diplomat deyib ki, Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəfələrlə bəyan etməsindən sonra RF prezidenti Vladimir Putin bu həqiqətin qəbul edilməsini dəfələrlə açıqlamışdı. Qərb dövlətləri isə üzdə başqa söz desələr də siyasi mətbəxdə Qarabağın Azərbaycan torpağı olmasını qəbul edib və bu, indi də belədir.

Qərbin bir çox diplomatları ilə əlaqə saxladığını, onların Ermənistana kömək etməyə hazır olduqlarını, lakin Paşinyanın və komandasının səhv qərarları ucbatından əməli iş görə bilmədiklərini xatırladan Vartan Voskanyan vurğulayıb ki, buna səbəb "Ermənistan baş nazirinin" “arsaxı" Azərbaycanın tərkib hissəsi kimi tanımasıdır".

N.Qaramanlı

Oxşar xəbərlər