Mirzoyan həm də Azərbaycanı növbəti dəfə “etnik təmizləmə”də ittiham edib.
Qeyd edək ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin üçtərəfli görüşü nəzərdə tutulub. Gözlənilir ki, tərəflər Ermənistan üçün təhlükəsizlik təminatlarına dair sənəd imzalayacaqlar.
Moskva rəsmiləri deyirlər ki, Brüsseldə gözlənilən görüş Rusiyada narahatlıq yaradır.
"Vaşinqton, Brüssel və İrəvan 5 apreldə gözlənilən yüksək səviyyəli görüşün niyə bir çoxları arasında “narahatlığa” səbəb olduğuna təəccüblənirlər. Onlar bu görüşün heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini iddia edirlər, amma bu cür hadisələr Rusiyada narahatlıq yaradır, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza açıq şəkildə Rusiyaya qarşı olduqlarını deyirlər”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. (Trend)