ABŞ rəsmisi Qafqazda daimi sülhün təmin olunmasına bundan sonra da dəstək veriləcəyini vurğulasa da, haybaş vəkil belə fikir yürüdür ki, Ruben Vardanyan həbsdən azad edilməsə, iki ölkə arasında sülh ola bilməz. Bütün meyarlar baxımından bu çox səviyyəsiz və gülməli iddianın müəllifinin nəinki beynəlxalq hüququ, adi reallığı belə dərketmə bacarığından uzaq olduğu görünür. O, baş nazir Nikol Paşinyana və xarici işlər naziri Ararat Mirzoyana yazdığı açıq məktubda da ağıldan kəm haylığını isbatlayıb. O ki qaldı Rubenin hüququna, o da digər separatçılar kimi həm peşəkar vəkil, həm də danışdığı dillərdən tərcüməçi ilə məhz həbs edildiyi gündən təmin edilib. Bu baxımdan R.Vardanyanın ailə vəkilinin hay-küy salması ən azı əxlaqsızlıqdır.
Nəsib Qaramanlı