18.12.2024, 15:18
AZ EN
26.02.2024, 12:00 210

Kilsə dövlət siyasətinin əksinə gedir

XƏBƏRLƏR
  • "Hraparak"ın 26 fevral tarixli sayında erməni apostol kilsəsinin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın istefa verməsi ilə bağlı aksiyanı dəstəklədiyi xəbər verilir.

Qeyd olunur ki, fevralın 28-də saat 15-də nazirliyin binası önündə "Erməni məktəbini milliliyə zidd axınlardan və ideologiya təsirlərindən uzaq saxlamalı" devizi altında keçiriləcək etiraz aksiyasında kilsənin yüksək rütbəli keşişləri də fəal iştirak edəcəklər. Buna səbəb isə 7-ci sinfin tarix dərsliyində bir neçə məqalədə aparılmış dəyişiklikdir. Etirazçılar artıq 5-ci aydır ki, "saxtalaşdırılmış dərsliklərdən imtina" hərəkatı adlı təşkilatda birləşərək həmin kitabın tədris edilməməsini və nazirin istefasını tələb edirlər. Məqalədən o da görünür ki, etirazçıları daha çox qızışdıran məhz kilsədəkilərdir. Ermənistan konstitusiyasında da dinin dövlətdən ayrı olduğu yazılsa da reallıq tam başqadır. Erməni dövlətinin yaranmasında kilsənin böyük rol oynadığını vurğulayan keşişlər dövlət siyasətində onların fikirlərinə yer verilməsini də diqqətə çatdırırlar.

O da bildirilib ki, dərslikdəki düzəlişlər məhz hökumətin istəyi ilə aparılıb və bu, ilk növbədə ölkədə gedən islahatlara uyğundur. Sözügedən aksiyanın məhz erməni kilsəsinin şənbə günü keçirilən ali şura iclasında qərara alındığını xatırladan "Hraparak" əmindir ki, aksiya Janna Andreasyan istefa verənədək davam edəcək.

Əlavə edək ki, İrəvanda demək olar ki, hər gün Paşinyan əleyhinə, çox vaxt isə onun istefası tələbi ilə aksiya keçirilir. Amma Paşinyan öz postunda qalmaqla havadarları ilə birlikdə bölgədə yeni oyunlar qurmaq barədə düşünür.

Nəsib Qaramanlı

Oxşar xəbərlər