22.09.2023, 01:22
AZ EN
19.09.2023, 11:25 158

Seçkinin ikinci turunda R.Koçaryanın namizədi qalib gələ bilər

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verir ki, sentyabrın 17-də İrəvanın meri vəzifəsinə keçirilən seçkidə 50+1 baryeri heç bir namizəd keçə bilməyib. Ən çox səs toplayan isə hakim "Vətəndaş müqaviləsi" partiyasının namizədi, sabiq baş nazir müavini Tiqran Avinyan olub: 32,57 faiz, yaxud 75 min 463 səs. Ermənilər yazırlar ki, bu 800 min seçicisi olan şəhərə rəhbərlik etmək  üçün, əlbəttə, yetərli deyil. Ona görə də, mövcud seçki məcəlləsinə görə ikinci tur keçiriləcəkdir və bu dəfə mer 50+1 faiz deyil, nisbi fərqlə  seçiləcəkdir.

Dünən "Vətəndaş müqaviləsi" partiyasında seçkinin nəticələri müzakirə edilib və vurğulanıb ki, partiyanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər heç də seçicilərin marağına uyğun olmayıb. Bu isə hakim partiyanın getdikcə zəiflədiyini və eloktratını itirməsinin sübutudur.

Bu barədə yazan Lusine Şahverdiyan əlavə edib ki, müxaliflər R.Koçaryanın namizədi Tevanyanın vahid namizədliyi ətrafında birləşərək lazımi işlər görsələr, hakim partiyanın deyil, müxalifətin qələbəsi təmin olunar.

N.Qaramanlı

Oxşar xəbərlər