Bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili erməni həmkarı Vaaqn Xaçaturyanla birgə mətbuata açıqlamasında deyib.
O, Gürcüstanın bu razılaşmanı yalnız alqışladığını qeyd edib.
“Bu tarixi razılaşma Cənubi Qafqazın gələcəyi və uzunmüddətli inkişafı üçün yeni perspektivlər açır. Sürətlə dəyişən geosiyasi mühitdə bölgədə sülh və sabitliyin dəstəklənməsi getdikcə daha çox əhəmiyyət kəsb edir”, - Kavelaşvili əlavə edib.
Prezident vurğulayıb ki, Gürcüstan həmişə olduğu kimi regionda sülh və sabitliyin möhkəmləndirilməsinə öz töhfəsini verməyə hazırdır. (APA)