Bunu açıqlamasında “Qərbi Azərbaycan: danışan izlərin işığında” kitabının müəllifi, tanınmış dilçi-alim, şair-publisist, professor Mahirə Hüseynova (Nağıqızı) söyləyib.
O, kitabın ərsəyə gəlmə prosesindən söhbət açaraq deyib: “Kitabın əsas ideyası Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın ata-baba yurdlarına qayıdışının tarixi və hüquqi aspektlərə söykəndiyini əsaslandırmaqdır. Bu nəşr təkcə elmi araşdırma xarakteri daşımır. Eyni zamanda illər boyu saxtalaşdırma cəhdlərinə məruz qalan milli yaddaşımızın bərpasına, tarixi həqiqətlərin üzə çıxarılmasına və doğma yurd yerlərimiz qarşısında mənəvi borcumuzun ifadəsinə xidmət edən əsl vətəndaşlıq mövqeyidir”. (AZƏRTAC)