“Sivilizasiyalar irsinin və inkişafının təşviqi, qarşılıqlı faydalı əməkdaşlıq üçün mübadilə və qarşılıqlı öyrənmənin inkişafı” devizi altında təşkil olunacaq sərgidə Azərbaycanın da kitab mədəniyyəti təqdim ediləcək.
Çin Milli Konqres Mərkəzində keçiriləcək sərgidə ümumilikdə 80 ölkədən təxminən 1700 iştirakçı 60 min kvadratmetrlik ekspozisiya sahəsinin müxtəlif bölmələrində 220 min kitab və digər nəşr vasitələrini nümayiş etdirəcək.
Sərginin saytında verilən məlumata görə, kitab bayramı çərçivəsində forumlar, təqdimatlar, imza günləri, müəlliflərlə görüşlər təşkil olunacaq.
Xatırladaq ki, ötən il Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz ilk dəfə Pekin sərgisində milli stendlə təmsil olunmuşdu.
Hazırladı: Mina RƏŞİD