Bu barədə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov məlumat verib.
Nazirlik rəsmisi Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə fikirlərini bölüşüb.
O, idmanla məşğul olanların sayının artdığını diqqətə çatdırıb:
"Bu da müəyyən mənada idmanın inkişafına təkandır. İdman həftəsi çərçivəsində Məşqçilər Forumu təşkil edildi. Mütəxəssislər idmançının formalaşmasında önəmli rol oynayırlar. Onlarlla çox işlər görməliyik. Məktəblərdəki bədən tərbiyəsi müəllimləri ilə bağlı problemlər var. Müəllim məşq prosesində istəmədən olsa da, ziyanlı məşq keçir. Bu da sağlamlığa zərər vurur". (Report)