Bunu jurnalistlərə açıqlamasında III MDB Oyunlarında qızıl medal qazanan idmançı özü bildirib.
O, qazandığı qələbəyə görə fəxr etdiyini söyləyib:
"İlk dəfədir ki, Azərbaycan üzgüçüsü MDB Oyunlarında qızıl medal qazanır. Bunu bacardığım üçün çox sevincliyəm. Xoşbəxtəm ki, Azərbaycanın bayrağını ən yüksəyə qaldırdım. Yarışdan öncə bir qədər tələskənliyim var idi. Üzməyə başlayarkən bunu aradan qaldıra bildim".
Qeyd edək ki, Oqtay Hüseynov 400 metr məsafəyə qarışıq üzmə yarışında bütün rəqiblərini qabaqlayıb. (Report)