Bu barədə Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin məlumatında bildirilib.
Tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur Regional Gənclər və İdman, Şərqi Zəngəzur Regional Təhsil İdarələrinin birgə təşkilatçılığı ilə Ağalı kənd tam orta məktəbində keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Musa Hüseynov, Ağalı kənd tam orta məktəbinin direktoru Elarina Orucova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün tarixi xidmətlərindən, gənclər və idman siyasətindən və müasir Azərbaycanın inkişafında onun müəyyən etdiyi strateji kursun davamlılığından bəhs ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Sonda məktəblilər maraqlı kompozisiya ilə çıxış ediblər.
Mina RƏŞİD