22.11.2024, 02:09
AZ EN
23.05.2024, 09:53 357

FHN Zabuxda təlim keçirib

ŞƏRQİ ZƏNGƏZUR
  • Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Laçın rayonunun Zabux kənd tam orta məktəbində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi” mövzusunda təlim keçirilib.

FHN-dən verilən xəbərə görə, təlimdə FHN-in Qarabağ Regional Mərkəzinin, Laçın rayon Yanğından Mühafizə Hissəsinin, rayon Polis Şöbəsinin, Təcili Tibbi Yardım Stansiyasının şəxsi heyəti, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təlimin keçirilməsində əsas məqsəd məktəb kollektivinin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə bilik və bacarıqlarının artırılması, bu sahədə praktik vərdişlərin formalaşdırılmasından ibarət olub.

Dövlət himninin səsləndirilməsi ilə başlayan təlimin nəzəri mərhələsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarına dair məktəbin kollektinə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.

Praktik mərhələdə isə xüsusi təyinatlı texnikalar və canlı qüvvənin iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, “zərərçəkmişlərin” xilas edilməsi, şərti zəlzələ zamanı təxliyə və ilkin tibbi yardımın göstərilməsi əməliyyatları həyata keçirilib.

Sonda məktəbin kollektivinə texnikaların, xilasetmə alət və avadanlıqlarının istifadə qaydaları, taktiki-texniki göstəriciləri barədə məlumat verilib.

Təlim prosesi uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR