20.08.2025, 08:24
AZ EN
19.08.2025, 11:57 220

Millət vəkili Cocuq Mərcanlıda sakinlərlə görüş keçirib

ŞƏRQİ ZƏNGƏZUR
  • Milli Məclisin deputatı Ceyhun Məmmədov Cocuq Mərcanlı kəndində sakinlərlə növbəti qəbulunu keçirib.

Vətəndaşları ümumi qəbul edən deputat onların problemləri ilə maraqlanaraq hər bir sakinlə səmimi söhbətlərlər aparıb, onların düşüncələrini, qayğılarını və təkliflərini diqqətlə dinləyib.

Qaldırılan məsələlərin araşdırılması və həlli üçün qeydiyyat aparılıb.

Sakinlərlə söhbət əsnasında C.Məmmədov onları əmin edib ki, hər bir müraciətə ayrı-ayrılıqda baxaraq, aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağıq:

"Sakinlərimizin rahatlığı və rifahı bizim üçün daim ön plandadır".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər