22.11.2024, 09:35
AZ EN
24.07.2023, 15:27 238

Laçın şəhərində 800, Zabux və Sus kəndlərində 325 evə internet çəkilir

ŞƏRQİ ZƏNGƏZUR
  • “Aztelekom” Laçın rayonunu yüksək sürətli internetlə təmin etməyə başlayıb. İşğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin əsas  tərkib hissəsi olaraq “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Laçın şəhərində 800 evi əhatə edən layihə hazırlanıb. Şəbəkə quraşdırılıb. Laçın şəhəri ilə yanaşı, rayonun Zabux və Sus kəndləri də layihələndirilib. İşlər tamamlandıqdan sonra Zabux kəndində 250, Sus kəndində isə 75 ev internet xidmətindən yararlana biləcək.

İlkin mərhələdə işğaldan azad olunmuş bütün ərazilərə 1000 kilometr magistral  fibroptik kabel və ya onun alternativi olan  xətlərin çəkilməsi, layihələndirilməsi hədəflənib. Hazırda “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşı olan “Aztelekom” da prosesi sürətli şəkildə davam etdirir. Laçın rayonunda şəbəkənin  qurulması üçün magistral xətlər çəkilib və paylayıcı qurğular təmin edilib. Laçın şəhərində də “Onlayın Azərbaycan” layihəsi çərçivəsində “GPON” şəbəkəsinin tətbiq olunması üçün işlər artıq  yekunlaşıb və bizim burda 75-ə yaxın abunəçimiz var. Xidmətlərdən Laçın  şəhəri ilə yanaşı, Sus və Zabux kəndləri də yararlana biləcək.

Qeyd edək ki,  müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkəmizin digər bölgələrində də  yüksək sürətli internetin  tətbiq olması üçün işlər davam etdirilir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR